СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ЭФФЕКТИВНОСТИ КОМБИНИРОВАННОГО МЕТОДА ЛЕЧЕНИЯ В ПРОГНОЗЕ ТРОМБОЗОВ ВЕРХНЕЙ И НИЖНЕЙ ТЕМПОРАЛЬНЫХ ВЕТВЕЙ ЦЕНТРАЛЬНОЙ ВЕНЫ СЕТЧАТКИ
Шахмалиева А.M., Саидова Л.Х., Шахбазова Н.А. et al. · Azerbaijan Journal of Ophthalmology · 2012
Məqsəd: tor qişanın mərkəzi venasının yuxarı və aşağı şaxələrinin trombozlann proqnozunda kombinəedilmiş müalicə üsullarının (intravitreal avastin + lazerkoaqulyasiya) effektivliyinin müqayisəli təhlili.Material və metodlarTor qişanın mərkəzi venasının temporal şaxələrinin trombozu diaqnozu ilə, xəstəlik müddəti 10 gündən 2 aya qədər olan 43 pasiyent müayinə olunmuşdur.Bütün pasiyentlər 2 qrupa bölünmüşdür.I qrup - tor qişanın mərkəzi venasının yuxarı temporal şaxəsinin trombozu ilə 23 pasiyent.II qrup - tor qişanın mərkəzi venasının aşağı temporal şaxəsinin trombozu ilə 20 pasiyent.III qrup pasiyentlərdə müalicəyə qədər görmə itiliyi orta hesabla 0.07±0.05, aparılmış kombinəedilmiş müalicədən sonra görmə itiliyi 0.32±0.16 təşkil etmişdir (cədv.l, şək.l).IV qrup pasiyentlərdə görmə itiliyi 0.11±0.09 təşkil etmişdir, müalicədən sonra görmə funksiyalarının 0.56±0.21 qədər artması müşahidə olunmuşdur (cədv.l, şək.l). NəticəAlınmış nəticələrdən məlum olur ki, I qrup pasiyentlərdə görmə itiliyinin orta göstəriciləri və OKT-nın göstəriciləri II qrupun pasiyentlərinə nisbətən daha aşağıdır.
Cited by 0 works. Open-access PDF