ХИРУРГИЧЕСКАЯ КОРРЕКЦИЯ ПЕЛЛЮЦИДНОЙ МАРГИНАЛЬНОЙ ДЕГЕНЕРАЦИИ МЕТОДОМ СЕРПОВИДНОЙ ЛАМЕЛЛЯРНОЙ РЕЗЕКЦИИ
Абдулалиева Ф.И., Хыдырова Н.Э. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - pelyusid marginal degenerasiya zamanı stromanım ayparaşəkilli lamelyar rezeksiyasının effektivliyini qiymətləndirmək. Material və metodlarTədqiqata pelyusid marginal degenerasiyası (PMD) olan stromanın ayparaşəkilli rezeksiyasım icra edilmiş 6 xəstə daxil olub. Onlardan 5-i kişi, 1 qadın olub. Xəstələr 5-6 il ərzində müşahidə edilib. Bütün xəstələrə əməliyyatdan öncə və sonra KOGİ və KOIGİ, avtorefraktometriya (TOPCON), tonometriya, yarıq lampasında biomikroskopiya, keratotopoqrafiya, paximetriya (Pentacam HR,Oculus), aberrometriya müayinələri aparilmışdır. PMD diaqnozu ön seqmentin biomikroskopiya, topoqrafiya, keratometriya, paximetriya və optik koherent tomoqrafiyası (OKT) əsasında qoyulub. NəticəCərrahi əməliyyatdan sonrakı müayinələrdə müəyyən nəticələrin ortalama göstəricilərində dəyişiklik baş vermişdir. Belə ki, KOlGİ(logMAR) 1,33±0,13 D-dan 0,66±0,24 D-ya qədər, KOGİ (logMAR) isə 0,6±0,33 D-dan 0,38±0,19 D-ya qədər artdi, buynuz qişa astiqmatizmi 15,9±3,33 D-dan 2,82±0,47 D-ya qədər endi, SimKl(flat) 33,74±1,74 D-dan 42,5±1,51 D-ya qədər qalxdi, SimK2(steep) 51,09±1,7 D-dan 44,06±1,08 D-ya endi. Mərkəzi zonada (3 mm) minimal paximeriya c/ə öncə 507±13,06mkm, c/ə sonra isə 504±5,16mkm oldu, Aşağı periferiyada isə (4-8 mm) 371±20,08 mkm-dan 512,16±18,13 mkm-ə qədər artıb. YekunPelyusid marginal degenerasiya zamanı stromanım ayparaşəkilli lamelyar rezeksiyası təhlükəsiz, vizometrik və keratotopoqrafik nəticələri müsbət olan üsuldur. Reabilitasiya dövru bir qədər uzun olmağına baxmayaraq, uzunmüddətli nəticələri stabildir. Nəticədə, buynuz qişanın formasının bərpa olunmasını, və qeyri-düzgün, tərs astiqmatizmin duz tipli astiqmatizmə çevrilməsini görürük. Bütün bu hallarda xəstəliyin reqressi qeys olunmayıb.
Cited by 0 works. Open-access PDF