МЕТОД УСТРАНЕНИЯ РЕТРАКЦИИ НИЖНЕГО ВЕКА: РОЛЬ УКОРОЧЕНИЯ И ПОТЕРИ ОБЬЕМА СРЕДНЕЙ ПЛАСТИНКИ

Джарулла-заде И.Ч., Голдберг Р.А. · Azerbaijan Journal of Ophthalmology · 2011

Tədqiqatın məqsədi. Autodermisdən, kiçik kəsikdən istifadə etməklə alt göz qapağının retraksiyasının aradan qaldırılmasının yeni üsulunun işlənib hazırlanması, onun effektivliyinin qiymətləndirilməsi. Material və metodlarTədqiqat retrospektiv aparılmışdır. Alt göz qapağının retraksiyası diaqnozu ilə pasiyentlər daxil edilmişdir, hansılar ki autodermisdən istifadə etməklə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra minimal müayinə müddəti 6 ay təşkil etmişdir. Cərrahi müalicədən əvvəlki və sonrakı nəticələrin müqayisəli təhlli aparılmışdır.Müayinə edilən parametrlər olmuşdur: alt göz qapağı və buynuz qişa refleksi arasında (MP,Q2) məsafə, laqoftalmın azalması, həmçinin alt göz qapağının kosmetik vəziyyəti. Müalicənin effektivliyinin nəticələri müayinədən əvvəlki və sonrakı şəkillərin müqasiyəsi ilə təsdiq eidlmişdir. Cərrahi texnikaRetroaurikulyar sahə ellips formasında olan lazımi ölçüdə epidermisin götürülməsi üçün istifadə edilir. Epiteliy deepitelizasiyanı yüngülləşdirmək üçün epidermisin ayrılmasından əvvəl çıxarılır. Yara iki qatla bağlanır. Dərin dermal qat sorulan saplarla, üst dəri qatı sorulmayan monofilament saplarla.Lateral kantusdan 0.5,1 sm yuxarı aparılan lsm ölçüdə kəsik retraktorlarm tarzusa və konyunktivaya bərkidilən yerdən disseksiyası üçün aparılır. Ayrılmadan sonra Stivenson qayçısından istifadə etməklə orta lövhəcik sahəsində (konyunktiva və orbikulyar əzələ arasında) cib yaradılır. Həmin müstəvidə septumun çapıqlaşmış dəyişiklikləri müəyyən edilir və göz yuvasının sümük qırağından ayrılır.Öncədən ayrılmış dermis sorulan tikiş üstündən iynəyə bərkidilir. iynə venadaxili inyeksiyalar borusundan keçirilir. Hemostat pinsetin köməyi ilə borudakı iynə cibdən keçirilir və, kanalikulyar aparatı zədələməmək şərtilə, medial kantusdan çıxarılır. Dermisin medial ucu dəriyə tikilir. Lateral uc lateral kantusa bərkidilir. Dəri tikilir. Əməliyyatın sonunda alt göz qapağına tikişlər qoyulur və frontal sahəyə yapışqan lent vasitəsilə bərkidilir. Üstündən sıx sarğı qoyulur. Tikişlər və sarğı bir həftədən sonra ilk əməliyyatdan sonrakı müayinə zamanı açılır. NəticələrÜmumilikdə 5 xəstə (6 üst qapaq) əməliyyat olunmuşdur. Alt göz qapağı və buynuz qişa refleksi arasında (MP,flj2) məsafə orta hesabla 1.6 mm (1-1.9 mm) azalmışdır. Əməliyyatdan sonra minimal müddət 6 ay (6-10 ay) təşkil etmişdir. Orta yaş həddi 58 (34-78) olmuşdur.

Cited by 0 works. Open-access PDF

Authors