ДЕНСИТОМЕТРИЧЕСКАЯ РОГОВИЧНАЯ ПРОБА В ОЦЕНКЕ ПЕРЕНОСИМОСТИ НПВС ПРИ ИХ ЭПИБУЛЬБАРНОМ ПРИМЕНЕНИИ
Сафарова А.Н. · Azerbaijan Journal of Ophthalmology · 2015
Qeyri-steroid iltihab əleyhinə vasitələrin (QSİƏV) buynuz qişaya toksiki-allergik təsirinin mümkünlüyü, oftalmologiyada onların istifadəsinin yeni yanaşmalarının işlənib hazırlanmasına ehtiyac duyulduğunu göstərir. MəqsədQeyri-steroid iltihab eleyhinə vasitələrin epibulbar tətbiqi zamanı keçiriciliyinin qiymətləndirilməsi üçün densitometrik buynuz qişa funksional sınağının işlənib hazırlanması. Material və metodlarAyrı-ayrı QSİƏV-in keçiriciliyini qiymətləndirmək üçün müxtəlif dərəcəli miopiya ilə 18-35 yaş arasında 30 pasiyent (60 göz) üzərində 120 densitometrik buynuz qişa sınaqları aparılıb. Dikloftil (40 sınaq), nevanak (40 sınaq) və lornoksikam (40 sınaq) preparatlarının epibulbar applikasiyalarının damcı (60 sınaq) və aerozol (60 sınaq) metodikaları istifadə olunub. NəticəTədqiqatlar göstərmişdir ki, QSİƏV-in epibulbar təyini zamanı, lazer keratorefraksion əməliyyatlardan öncə və sonra buynuz qişanın epitelial piki həcmi və optik sıxlığı onların keçiriciliyinin obyektiv meyarı kimi xidmət göstərə bilər. Dikloftilin və nevanakın birdəfəlik damcılanması zamanı 30% hallarda buynuz qişa epitelinə və stromasına əks təsiri aşkar olunub. Eyni zamanda onların aerozol applikasiyası zamanı buynuz qişaya reaksiyası mövcud olmayıb. Lornoksikamın buynuz qişa epitelinə və stromasına həm damcı, həm də aerozol şəklində tətbiqi zamanı heç bir halda əks təsiri qeyd edilməmişdir. YekunBeləliklə, densitometrik buynuz qişa sınağı qeyri-steroid iltihab əleyhinə vasitələrin buynuz qişa epitelinə və stromasına əks təsirini aşkar etməyə imkan yaradır və onu preparatların təyinindən və müalicə kursundan öncə aparılması məqsədə uyğundur.
Cited by 0 works. Open-access PDF