ДИНАМИКА УРОВНЯ ЭКСПРЕССИИ МОЛЕКУЛЯРНЫХ МАРКЕРОВ АКТИВАЦИИ ЛИМФОЦИТОВ У БОЛЬНЫХ УВЕАЛЬНОЙ МЕЛАНОМОЙ ПОСЛЕ ПРОВЕДЕНИЯ ФОТОКОАГУЛЯЦИИ И КОМБИНИРОВАННОЙ ТЕРАПИИ (ФОТОКОАГУЛЯЦИЯ + β-АППЛИКАЦИОННАЯ ТЕРАПИЯ)
Величко Л.Н., Вит В.В., Малецкий А.П. et al. · Azerbaijan Journal of Ophthalmology · 2016
Məqsəd – uveal melanoma ilə xəstələrdə fotokoaqulyasiya və kombinəolunmuş terapiyanın (fotokoaqulyasiya + β-applikasion terapiya) keçirilməsindən sonra immun cavabın xarakterini öyrənmək. Material və metodlar Hazırki tədqiqat işində uveal melanoma ilə xəstələrdə fotokoaqulyasiya və kombinəolunmuş terapiyanın (fotokoaqulyasiya + β-applikasion terapiya) keçirilməsindən əvvəl və sonra periferik qanın limfositlərinin molekulyar markerlərinin aktivasiyasının ekspressiyası səviyyəsinin müqayisəsi aparılmışdır. I qrupda (n=42) – fotokoaqulyasiya aparılmışdır. II qrupda (n=6) – kombinəolunmuş terapiya (fotokoaqulyasiya + β-applikasion terapiya) keçirilmişdir. СD7+ , СD25+ , СD38+ , СD45+ , СD54+ , СD95+ , СD150+ periferik qanın limfositlərinin molekulyar markerlərinin aktivasiyası ekspressiyasının səviyyəsinin müəyyən edilməsi histoimmunositokimyəvi metodla aparılmışdır. Nəticə Uveal melanoma ilə xəstələrdə fotokoaqulyasiyadan sonra limfositlərinin molekulyar markerlərinin aktivasiyası ekspressiyasının səviyyəsinin öyrənilməsinə yönəlmiş tədqiqatlar СD38+ və СD95+ ekspressiyasının əhəmiyyətli artmasını göstərmişdir. Kombinəolunmuş terapiyanın (fotokoaqulyasiya + β-applikasion terapiya) keçirilməsi əhəmiyyətli dərəcədə limfositlərinin molekulyar markerlərinin aktivasiyası ekspressiyasını artırır. Yekun Alınan nəticələr fotokoaqulyasiya və kombinəolunmuş terapiya (fotokoaqulyasiya + β-applikasion terapiya) zamanı limfositlərinin molekulyar markerlərinin aktivasiyası ekspressiyası səviyyəsinin müxtəlif olduğunu göstərir. Limfositlərin daha yüksək aktivasiyası səviyyəsi fotokoaqulyasiya və β-applikasion terapiyanın birgə tətbiqi zamanı qeyd olunmuşdur.
Cited by 0 works. Open-access PDF