КЛИНИЧЕСКИЕ АСПЕКТЫ ВЗАИМОСВЯЗИ РЕФРАКЦИОННОЙ И ГЛАЗОДВИГАТЕЛЬНОЙ ПАТОЛОГИИ

Чернышева C.Г., Самедова Д.Х. · Azerbaijan Journal of Ophthalmology · 2012

Tədqiqatın məqsədi: refraksion, binokulyar və gözün hərəki pozğunluqlarının əlaqə və qarşlılıqlı təsirlərinin öyrənilməsi. Material və metodlarTədqiqata refraksion və gözün hərəki pozğunluqları ilə 202 pasiyen daxil olmuşdur. Standart oftalmoloji müayinələrdən əlavə gözün hərəki aparatının xüsusi müayinə metodları tətbiq olunmuşdur. Keratotopoqrafiya OPD-Scan II Nidek (Yaponiya) refrakto-keratotopoqrafında aparılmışdır. Tikiş materialı kimi in vivo sorulma qabiliyyətinə malik Safil 6/0 poliqlikol turşusundan sintetik tikişlərdən istifadə olunub. Tədqiatın nəticələriDaxili çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf edən ikincili ekzotropiya ilə 33 (59%) uşaqda əməliyyat vaxtından sferik ekvivalent üzrə (p<0,05) refraksiyanın orta hesabla 1,9±0,58 dptr. güclənməsi qeyd edilmişdir. 17 xəstənin valideynlərində miopik refraksiya mövcud idi. Xarici çəpgözlüklə, zəif konvergensiya və yaxına binokulyar görmənin yoxluğu ilə 36 pasiyentdə yaxın məsafədə iş zamanı fiksə edən gözə daha çox görmə gərginliyi nəticəsində onun refraksiyası miopik tərəfə yönəlirdi, bunun nəticəsində anizometropiya inkişaf edirdi və ya güclənirdi. Yaxına baxdıqda fiksə edən gözün refraksiyası orta hesabla 1,38±0,92 dptr. miopiya, cüt gözün - 1,23±0,89 hipermetropiya təşkil etmişdir. Müştərək çəpgözlüyün (68 xəstə) cərrahi müalicəsinin əməliyyat olunmuş gözün astiqmatizmi dərəcəsinə təsiri təsdiq olunub: düz tipli astiqmatizmin artması (orta hesabla 0,55±0,14 dptr.) və əks tipli astiqmatizmin azalması (orta hesabla 0,61±0,35 dptr.) qeyd edilib. Astiqmatizm dərəcəsinin dəyişməsi üfqi meridianda refraksiyanın zəifləməsi hesabına baş verirdi. Lakin əməliyyatdan 3-6 ay sonra müayinə zamanı astiqmatizmin dərəcəsi, praktiki olaraq, cərrahi müdaxilədən əvvəl astiqmatizm dərəcəsindən fərqlənmirdi. Paralitik çəpgözlüklə xəstələrdə (42 pasiyent) zədələnmiş gözdə refraksiyanın kəskin ifadə olunmuş astiqmatik komponentinin mövcudluğu aşkar edilmişdir, hansı ki, 0,5 dptr.- dan 4,75 dptr.-ya qədər tərəddüd edirdi (orta hesabla 2,6±0,7 dptr.). Qazanılmış paralitik çəpgözlüklə iki xəstədə zədələnmiş gözdə, xarici çəpgözlük zamanı 4,75 dptr. və daxili çəpgözlük zamanı - 3,0 dptr. təşkil edən, düz tipli astiqmatizm inkişaf etmişdir. Buynuz qişanın topoqrafiyası müayinəsi zamanı pasiyentlərdə keratokonusda müşahidə olunan dəyişiklilərə oxşar dəyişikliklər aşkar olunub. YekunMüştərək daxili çəpgözlüyün cərrahi müalicəsindən sonra uşaqlarda və yeniyetmələrdə refraksiyanın güclənməsi ikincili ekzotropiyanın inkişafının risk amilidir. Xarici çəpgözlüklə uşaqlarda yaxın məsafədə iş zamanı fiksə edən gözün miopizasiyası və anizometropiyanın inkişafı və ya güclənməsi çəpgözlüyün cərrahi müalicəsinə mütləq göstərişdir. Sorulan tikiş materialının istifadəsi çəpgözlüyün cərrahi müalicəsindən sonra astiqmatizmin inkişafının qabağını alır. Bəzi hallarda paralitik çəpgözlük zamanı induksiyalı astiqmatizm aşkar olunur və keratokonus zamanı olan dəyişikliklərə bənzər buynuz qişa quruluşunun dəyişilməsi meydana çıxır.

Cited by 0 works. Open-access PDF

Authors