ПРОГНОЗИРОВАНИЕ ОСТРОТЫ ЗРЕНИЯ С ПОМОЩЬЮ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ У ПАЦИЕНТОВ С РЕГМАТОГЕННОЙ ОТСЛОЙКОЙ СЕТЧАТКИ
Ахундова Л.А. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - optik koherent tomoqrafiyada (OKT) struktur dəyişikliklərinin təhlili əsasında əməliyyatdan sonrakı görmə itiliyinin proqnozlaşdırılması imkanlarının öyrənilməsi. Material və metodlarProspektiv, qeyri-randomizə edilmiş tədqiqatda torlu qişanın reqmatogen qopması ilə 85 pasiyentdə (91 göz) əməliyyatdan əvvəl və sonrakı dövrdə OKT vasitəsilə torlu qişanın anatomik vəziyyətinin qiymətləndirilməsi aparılmışdır. Tədqiqata əməliyyatın ilkin anatomik müvəffəqiyyəti müşahidə edilmiş pasiyentlər daxil edilmişdir. Bu pasiyentlərə əməliyyatdan əvvəl və sonrakı dövrdə OKT aparılmışdır. NəticəFotoreseptor qatının dalğavari olması əməliyyatdan əvvəlki görmə itiliyinə təsir göstərmişdir (p=0,012). Ellipsoid və qarşılıqlı qapanan kolbacıqlar zonasının bərpası müşahidə edilmişdir. Əməliyyatdan sonrakı birinci ayda və son OKT-də ellipsoid zonanın dəyişikliyi statistik əhəmiyyətli olmuşdur (p<0,001), qarşılıqlı qapanan kolbacıqlar zonasının dəyişikliyi də statistik əhəmiyyətlidir (p=0,035). Son görmə itiliyi, mərkəzi foveolyar qalınlıq və foveanm yekun orta qalınlığı arasında əməliyyatdan sonrakı 1-ci ayda (p=0,042) və 3-cü ayda (p=0,049) statistik əhəmiyyətli korrelyasiya aşkar edilmişdir. YekunDağılmış qat halına nisbətən, bitişmiş və ya qopmuş makula hallarında, zədələnməmiş ellipsoid və ya qarşılıqlı qapalı zona halında daha yüksək görmə itiliyi müşahidə olunur. Torlu qişanın reqmatogen qopması zamanı OKT fotoreseptorlannm dağılması və ya bərpasının qeydə alınması əməliyyatdan sonrakı görmə itiliyinin proqnozlaşdırılması üçün istifadə edilə bilər
Cited by 0 works. Open-access PDF