МАГНИТОСТИМУЛЯЦИЯ В КОМПЛЕКСНОМ ЛЕЧЕНИИ ПАТОЛОГИИ РОГОВИЦЫ У ДЕТЕЙ

Мамедова Т.М., Бабаева Л.А., Гашимова Н.Ф. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010

Buynuz qişanın patologiyası ilə olan uşaqlar iki qrupa bölünmüşdür. I qrup keratitlə cəmi 33 uşaq, onlardan herpetik keratit - 17, skrofulyoz keratit - 6, naməlum etiologiyalı keratit - 3, buynuz qişanın infiltratı və xorası - 3, buynuz qişanın bulanması ilə - 4 uşaq olmuşdur. II qrupu 29 buynuz qişanın zədəsi ilə olan xəstələr təşkil etmişdir, onlardan 6 - buynuz qişanın dəlib keçməyən yaralanması ilə, 15 - buynuz qişanın dəlib keçən yaralanması ilə, 8 uşaq - buynuz qişanın yanığı ilə daxil olmuşdur.Aparılan müalicə üsuluna görə xəstələr iki yarımqrupa ayrılmışdır. Birinci yarımqrupda müalicə ənənəvi müalicə ilə yanaşı keratoprotektoplarla (balarpan, taufon) hopdurulmuş yumşaq kontakt linzalarla (YKL) aparılmışdır.İkinci yarımqrupda olan uşaqlarda kombinəolunmuş üsul ( YKL + MS) istifadə olunmuşdur.Kontrol qrup 20 uşaqdan ibarət olmuşdur. Yeni tətbiq olunan müalicənin effektivliyi iltihabi prosesin tez aradan götürülməsi, reparativ proseslərin stimulyasiyası, zərif çapıqlaşma, yüksək vizual göstəricilər, çarpayı günün azalması, dərmanların istifadəsinin azalmasından ibarət olaraq, həmin üsulun sosial-ekonomik effektivliyini təsdiq edir.

Cited by 0 works. Open-access PDF

Authors