ВЛИЯНИЕ КОРРЕКЦИИ ГИПЕРМЕТРОПИИ СЛАБОЙ СТЕПЕНИ ПРИ СМЕШАННОМ АСТИГМАТИЗМЕ НА ОСТРОТУ ЗРЕНИЯ И ПРОГРЕССИРОВАНИЕ МИОПИИ У ДЕТЕЙ

Ханларова Н.А., Гаджиева Н.Р., Амирова А.Ю. · Azerbaijan Journal of Ophthalmology · 2019

Məqsəd - qarışıq astiqmatizm zamanı 1,0 D zəif dərəcəli hipermetropiya korreksiyasının əhəmiyyətini, onun görmə itiliyinə və miopiyanm proqressivləşməsinə təsirini öyrənmək Material və metodlarMüşahidə altında məktəb yaşlı və məktəbə qədər 4-14 yaşda olan 78 uşaq olmuşdur. Müayinə zamanı vizometriya, skiaskopiya metodu ilə sikloplegiyadan əvvəl və sonra refraksiyanın təyini, refraktometriya və plus- optic, həmçinin göz dibinin vəziyyəti tətbiq edilmişdir. Müayinələr 4-5 il ərzində ildə 3-4 dəfə aparılmışdır.Tədqiqata daxil olan uşaqlar iki qrupa bölünmüşdür: I qrup pasiyentlərə yalnız miopik komponentlə eynək təyin edilmişdir - 36 uşaq (72 göz); II qrup pasiyentlərdə həm miopik, həm də hipermetropik komponent nəzərə alınmışdır - 42 uşaq (84 göz). NəticəAparılan müalicəyə görmə üzvünə təsiredici fiziki, optik və funksional metodlar daxil edilmişdir. Müalicə kursları ildə 2-3 dəfə aparılmışdır. Belə ki, bunların əsas məqsədi astiqmatizm zamanı görmə funksiyaların bərpası, korreksiyasız və korreksiya ilə maksimal görmə itilinə nail olmaq, həmçinin miopiyanm proqressivləşməsini dayandırmaq olmuşdur. Müalicə kompleksinə lazer- və maqnit terapiyası, ruçeyok və ya kaskad vasitəsilə məşğələlər daxil edilmişdir. Bütün bunlarla yanaşı tərkibində sitikolin, qaragilə ekstraktı, vitaminlər olan damcıların instillyasiyası və eləcə də medikamentoz müalicə tətbiq edilmişdir. YekunQarışıq astiqmatizm zamanı mümkün qəədər erkən yaşda, hər il müayinələr keçirilərək diaqnostika və müalicə aparılmalıdır. Uşaqlarda qarışıq astiqmatizmin vaxtında müalicəsi və korreksiyası aparılmadıqda “tənbəl göz” sindromuna və çəpgözlüyə səbəb ola bilər. Korreksiyanın təyini zamanı astenopik şikayyətlərdən və miopiyanın proqressivləşməsindən qaçınmaq üçün mümkün qərəd zəif dərəcəli hipermetropiyanı korreksiya etmək lazımdır. Medikamentoz müalicə ilə yanaşı ildə 2-3 dəfə ambulator müalicə keçirilməlidir. Qarışıq astiqmatizmin korreksiyasına və müalicəsinə belə bir yanaşma müsbət nəticələr əldə etməyə və bir sıra fəsadların qarşısının alınmasına şərait yaradır.

Cited by 0 works. Open-access PDF

Authors