ВТОРИЧНАЯ ГЛАУКОМА ПОСЛЕ ВИТРЕКТОМИИ С СИЛИКОНОВОЙ ЭНДОТАМПОНАДОЙ
Рустамбекова Г.Р., Керимов М.И. · Azerbaijan Journal of Ophthalmology · 2012
Silikon yağı son 40 ildə vitreoretinal cərrahiyyədə daxili tamponada üçün geniş istifadə olunmuşdur. Silikon endotamponadanm ən ağır fəsadlarından biri ikincili qlaukomanm yaranmasıdır.Tədqiqatın məqsədi proliferativ diabetik retinopatiyası olan pasientlərdə Silicon endotamponada ilə vitrektomiyadan sonar yaranmış ikincili qlaukomanm tezliyini araşdırmaq və onun effektiv müalicəsini təyin etmək olmuşdur. Material və metodlarƏsas qrupa 2009-201 lci illərdə Silicon endotamponada ilə vitrektomiya əməliyyatından keçmiş 31 göz daxil olmuşdur. Kontrol qrupa isə qaz ilə tamponada olunmuş 27 göz daxil olmuşdur. Nəticə və müzakirələrGöz daxili təzyiqin (GDT) vitrektomiyadan bir, iki, altı ay və bir il sonraki göstəriciləri öyrənilmişdir. Əsas qrupda ikincili qlaukoma otuz bir gözdən on ikisində (38,7%), control qrupda isə iyirmi yeddi gözdən yalnız üçündə (11,1%) yaranmışdır. Silikon qlaukomanm yaranmasının vaxtı da təyin edilmişdir. Məlum oldu ki silikon endotamponadadan bir ay sonra 3 gözdə (9,7%), 2 aydan sonra səkkiz gözdə (25,8%), 6 aydan sonra 9 gözdə (29%), 1 ildən sonra isə on iki (38,7%) gözdə yaranmışdır.Silikon qlaukomalı 12 gözdən 5-də GDT medikametoz terapiya ilə, üç gözdə isə medikametoz terapiya ilə silikonun tam xaric olunmasından sonra normallaşmışdır. Tək silikon yağın ekstruziyası yalnız iki gözdə GDT- in normaya enməsinə gətirmişdir. İki gözdə isə silikon yağı ilə yanaşı antiqlaukomatoz cərrahi əməliyyatlar (bir gözdə sinustrabekulektomiya və bir gözdə Ahmed valvm implantasiyası) icra olunmuşdur ki, bu da GDT-in normallaşmasma gətirdi. Yekun:1. İkincili qlaukomanm inkişaf tezliyini nəzərə alaraq (bizim tədqiqatlarımıza əsasən 38, 7%) proliferativ diabetik retinopatiyaya dair vitrektomiya zamanı silikon endotamponada ciddi göstərişlər üzrə aparılmalıdır.2. Silikon tamponadanm müddəti nə qədər çox olarsa, o qədər də GDT yüksəlmə tezliyi artır. Buna görə də silikonun daha erkən dövrdə kənar edilməsi qlaukomanm inkişaf riskinin enməsinə imkan verir;3. Silikon qlaukomanm terapiyası, onun inkişafının patogenetik amilləri nəzərə alınaraq, kompleks şəkildə olmalıdır və silikonun tam ekstruziyası ilə yanaşı GDT azaldan medikamentoz və cərrahi metodlarını özündə əks etməlidir.4. Терапия силиконовой глаукомы должна быть комплексной с учетом патогенетических факторов ее развития, и включать в себя наряду с полной эсктрузией силикона сочетание медикаментозного и хирургического методов снижения ВГД.
Cited by 0 works. Open-access PDF