СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ КЛИНИЧЕСКОЙ ЭФФЕКТИВНОСТИ АНТИГЛАУКОМАТОЗНОГО ДРЕНАЖА ГЛАУТЕКС И КОЛЛАГЕНОВОГО ИМПЛАНТА ОЛОГЕН ПРИ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ

Касимов Э. М., Агаева Ф.А. · Azerbaijan Journal of Ophthalmology · 2018

Məqsəd - birincili trabekulektomiya zamanı Qlauteks antiqlaukomatoz drenajın və Ologen kollagen matriksin kliniki effektivliyinin müqayisəli təhlili. Material və metodlarBirincili trabekulektomiya zamanı Qlauteks antiqlaukomatoz drenajı (12 göz) və Ologen™ kollagen matriksin (12 göz) implantasiyası aparılmış antiglaukomatoz müalicəyə refrakter qlaukomalı 24 xəstəsinin 24 gözünün prospektiv təhlili aparılıb. NəticəPostoperativ müşahidə vaxtı orta hesabla 19,38±6,3 ay olmuşdur. Qlauteks ilə olan gözlərdə GDT orta hesabla əməliyyatdan öncə 32,3±0,8 mm c.s., əməliyyatdan sonra isə son kontrol GDT 19,4±0,5 mm c.s. qədər azalmışdır; Ologen ilə olan gözlərdə isə - 31,6±0,6 mm c.s.-dan 19,8±0,6 mm c.s. qədər azalmışdır. Tranzitor hipotoniya 4 (16,7%) xəstədə erkən aşkar olunmuşdur. Postoperativ antiqlaukomatoz medikamentə 2 (8,3%) pasiyentin ehtiyacı olmuşdur. YekunQlauteks antiqlaukomatoz drenajın implantasiyası ilə aparılan birincili trabekulektomiya qlaukoma ilə xəstələrin cərrahi müalicəsində təhlükəsiz və effektiv bir alternativ üsuldur. Qlauteks ilə filtrasion balışlar Ologen ilə filtrasion balışlara nisbətən müşahidənin 1-ci ayında daha aşağı hündürlüyünə, müşahidənin axırıncı baxışında isə daha böyük horizontal ölçülərinə malikdir.

Cited by 0 works. Open-access PDF

Authors