НЕКОТОРЫЕ РЕЗУЛЬТАТЫ ВЫБОРОЧНОГО ИССЛЕДОВАНИЯ БИОМЕТРИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ГЛАЗНОГО ЯБЛОКА У ПАЦИЕНТОВ С МИОПИЧЕСКОЙ РЕФРАКЦИЕЙ

Самедова Д.Х., Амирова А.Ю., Гасанзаде Л.Ю. et al. · Azerbaijan Journal of Ophthalmology · 2017

Məqsəd - retrospektiv tədqiqatlara əsasən uşaq və yeniyetmələrdə göz almasının biometrik göstəricilərinin öyrənilməsi. Material və metodlar Tədqiqat akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaq Poliklinikasına 2017-ci il iyun ayından 2017-ci il oktyabr ayına kimi miopiya diaqnozu ilə daxil olan 200 xəstə üzərində aparılmışdır. Xəstələr 4 qrupa bölünmüşdür: I qrup – 3 yaşdan 5 yaşa kimi, II qrup – 6-9 yaşında, III qrup – 10-13 yaşında, IV qrup – 14- 18 yaşında. Bütün xəstələrə standart oftalmoskopik müayinələr aparılmışdır: ön-arxa uzunluğu IOL Master 500 (Carl Zeiss Medical Technology, Germany) cihazında ölşülmüşdür. Refraksiyanın ölçülməsi üçün skiyaskopiya və avtorefraktometriya üsullarında istifadə edilmişdir (Uşaq avtorefraktometri “Plusoptix”, avtorefraktometr “Tomey”). Nəticə I qrupa daxil olan uşaqların yaş həddi 4,3±0,2 yaş olmuşdur. Anamnezin yığılması zamanı 58% (29 xəstə) bir və ya hər iki valideyndə miopik refraksiya aşkar edilmişdir. Ön-arxa oxun uzunluğu – 24,8±0,02 mm, buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 10,8±0,01 mm,7,45±0,01 mm təşkil etmişdir, AL/CR 3,32 bərabər olmuşdur. II qrup – yaş həddi 7,6±0,3 olmuşdur; miopik irsi faktor - 54% (27 uşaq); ön-arxa oxun uzunluğu – 24,5±0,02 mm; buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,5±0,01 mm və 7,46±0,01mm təşkil etmişdir, AL/CR – 3,28. III qrup yaş həddi 11,4±0,3, miopik irsi faktor – 58% (29 uşaq); ön-arxa oxun uzunluğu – 24,1±0,03 mm; buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,5±0,01 mm və 7,46±0,01 mm təşkil etmişdir, AL/CR – 3,23. IV qrup – yaş həddi 15,5±0,5, miopik irsi faktor – 52% (26 uşaq), ön-arxa oxun uzunluğu – 24,6±0,03 mm, buynuz qişanın diametri və əyrilik dərəcəsi norma çərçivəsində olmuş və müvafq olaraq 11,6±0,01mm və 7,47±0,01 mm təşkil etmişdir, AL/CR – 3,29 olmuşdur. Yekun Tədqiqatlara əsasən belə nəticəyə gəlmək olar ki, gözün ön-arxa oxunun uzunluğunun artması miopiyanın inkişaf etməsində aparıcı faktorlardan biridir.

Cited by 0 works. Open-access PDF

Authors