ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ МАСЛА ЧЕРНОГО ТМИНА В ЛЕЧЕНИИ ГЕРПЕТИЧЕСКОГО КЕРАТИТА

Гулиева М.Г., Мамедбейли А.И., Меджидова С. Р. et al. · Azerbaijan Journal of Ophthalmology · 2014

Məqsəd. Herpetik keratitlərin kompleks müalicəsində istifadə edilən qara cirə yağı - təbii preparatın tətbiqinin effektivliyinin öyrənilməsi. Material və metodlarTədqiqatda 21-67 yaşda olan 32 xəstə (18 kişi və 14 qadın) iştirak etmişdilər. Əsas qrupa daxil olan 18 xəstə (18 göz) medikamentoz müalicə ilə birgə qara cirə yağı istifadə olunmuşdur, nəzarət qrupuna daxil olan 14 xəstə (14 göz) yalnız ənənəvi medikamentoz müalicə almışdır. NəticəTədqiqat göstərmişdir ki, herpetic keratitlərin kompleks müalicəsində qara cirə yağının istifadəsi iltihab əleyhinə, immuntənzimləyici və digər əlavə terapevtik təsir göstərərək, bu xəstəliyinin bəzi klinik nəticələrini yaxşılaşdırır (buynuz qişanın iltihabının rezorbsiya müddətini tezləşdirir, müalicə müddətini qısaldır).

Cited by 0 works. Open-access PDF

Authors