НАШ ОПЫТ УСТРАНЕНИЯ ИРИДОДИАЛИЗА У БОЛЬНЫХ С ТРАВМАТИЧЕСКОЙ КАТАРАКТОЙ
Гусейнов Э.С., Гулиев Э.Р. · Azerbaijan Journal of Ophthalmology · 2012
Məqsəd. Travmatik kataraktanın ekstraksiyası və eyni zamanda iridodializin aradan götürülməsinin aparılmasının mümkünlüyünün tədqiqatı və effektivliyinin qiymətləndirilməsi. Material və metodlarBizim müşahidəmiz altında travmatik katarakta və iridodializ diaqnozu ilə 12 xəstə (12 göz) olmuşdur. Bütün xəstələrdə travmatik kataraktanın ekstraksiyası və eyni zamanda iridodializin aradan götürülməsi cərrahiyyə əməliyyatı aparılmışdır.Cərrahi müalicənin effektivliyi cərrahi əməliyyatdan sonraki dövrdə gözün vəziyyətinə əsasən qiymətləndirilirdi. Buynuz qişanın vəziyyətinə, bəbəyin formasına, İOL-un yerləşməsinə və oftalmotonusa xüsusi diqqət verilirdi. Müşahidə vaxtı artdıqca görmə itiliyin artması və iltihabi reaksiyanın azalması əksər xəstələrdə qeyd olunurdu. Görmə itiliyinin vəziyyətinin analizi göstərdi ki, görmə funksiyalarının stabilizasiyası orta hesabla əməliyyatdan 1 ay sonra baş verir. YekunBeləliklə, travmatik kataraktanın ekstraksiya zamanı iridodializin aradan qaldırılması özünü effektiv prosedur kimi göstərmişdir.
Cited by 0 works. Open-access PDF