ИЗМЕНЕНИЕ ГЕМОДИНАМИЧЕСКИХ ПАРАМЕТРОВ КРОВОТОКА В ЦИЛИАРНОМ ТЕЛЕ ПРИ ОСЛОЖНЕННОЙ КАТАРАКТЕ НА ФОНЕ ОПЕРИРОВАННОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ
Гаджиева-Азизова С.А., Мамедзаде А.Н., Набиева А.Т. et al. · Azerbaijan Journal of Ophthalmology · 2011
İşin məqsədi: fəsadli katarakta fonunda əməliyyat olunmuş açiq bucaqli qlaukoma zamani kirpikli cisimdə qan axininin hemodinamik parametrlərinin öyrənilməsində yeni metodun işlənib hazırlanması. Material və metod24 gözdə (24xəstə) kompleks ultrasəs müayinə aparılmışdır. Yaş həddi 47-78 olan xəstələrin 9-u qadın, 15-i kişi idi. Yetişməmiş fəsadli katarakta, əməliyyat olunmuş açiq bucaqli normal təzyiqli qlaukoma diaqnozu ilə pasientlərdə «AcrySof» süni büllurunun implantasiyasıyla fakoemulsifikasiyadan əvvəl və 7, 15, 20 gün, 6və 12ay sonra hemodinamik parametrlər (9-doqquz) öyrənilmişdir.Dupleks müayinə (ikiölçülü skanlaşdırma və rəngli transkranial puls-doppleroqrafiya) «Diasonics» (ABŞ) firmasının «DRF-1000» və «Sci-Med» (İngiltərə) firmasının «PC DOP-842» ultrasəs aparatlarında icra olunmuşdur. Göz almasının, orbitanın, ümumi, daxili və xarici yuxu arteriyalarının vizualizasiyası olunmuşdur. Alınmış nəticələr və müzakirəStatistik dürüst göstəricilər, xüsusilə rezistentlik indeksi, təsdiq edirlər ki, belə hallarda «AcrySof» süni büllurunun implantasiyasıyla fakoemulsifikasiyadan sonra erkən dövrdə göz arteriyasında qan axınına periferik müqavimətin azalması və kirpikli cisimdə qan axınının qüclənməsi baş verir.
Cited by 0 works. Open-access PDF