ОСОБЕННОСТИ МИКРОБИОЦЕНОЗА ГЛАЗА У ЛИЦ, НОСЯЩИХ КОНТАКТНЫЕ ЛИНЗЫ
Магомедова С.И., Эфендиева Х.И., Керимова С.А. et al. · Azerbaijan Journal of Ophthalmology · 2011
Kontakt linzalardan istifadə edən 90 xəstədə aparılmış mikrobioloji müayinələrinin nəticələrini diqqətinizə çatdırmaq istərdik. Müayinələrin 33%-də konyunktivanın normal mikroflorasında dəyişiklik və xüsusi patogenliyinə malik olan Staphilococcus h., Pseudomonas və göbələk ştammlarının (Candida, Aspergillus) mövcud olunması qeydə alındı. Ən ağır halda isə - buynuz qişanın irinli iltihabi prosesi, buynuz qişanın xorası müşahidə edilirdi.Xəstələrin əksəriyyətində kontakt linza konyunktivanın qıcıqlandırmasının və allergik konyuktivitinin səbəbi olub. Xəstələrdə limbal damarların qanla dolması, rigid linzalardan istifadə edənlərdə isə buynuz qişanın aşağı hissəsində vaskulyarizasiya və komeal epitelin boyanması müşahidə edilirdi.Kontakt linzalardan istifadə rejimində konyunktiva və buynuz qişanın mikrobiosenozunun etioloji faktorlarının strukturunun öyrənilməsi zamanı aşkar olundu ki, gigiyena rejiminə riayət edən xəstələrdə konyunktiva və buynuz qişanın normal mikrobiosenozu pozulmur.
Cited by 0 works. Open-access PDF