ПРИМЕНЕНИЕ БИОПОКРЫТИЙ ПРИ ЛЕЧЕНИИ ЯЗВЕННЫХ КЕРАТИТОВ РАЗЛИЧНЫХ ЭТИОЛОГИЙ
Талыбова С.Р., Гулиева М.Г., Рафиев Ф.Д. et al. · Azerbaijan Journal of Ophthalmology · 2011
Məqsəd: Xoralaşmış keratitlərin müalicəsində bioörtüklərin tətbiqinin effektivliyinin qiymətləndirilməsi. Material və metodlarBakterial, viruslu və göbələk keratiti olan 18 xəstədə uzunmüddətli müalicəyə baxmayaraq epiteli qatının defekti və stromanın nazikləşməsi davam etmişdir və bu da dessemetosele və hətta perforasiyaya gətirib çıxarmışdır. Epitel qatının defekti və stromanın nazikləşməsi olan 8 xəstəyə amnion membranın (AM) transplantasiyası edilmişdir. Dessemetosele və perforasiyası olan 10 xəstədə sərt beyin qişası (SBQ) transplantasiya olunmuşdur. Nəticə və müzakirələrAM 2-3 həftə sonra və SBQ 1-2 ay sonra tam olaraq sorulmuşdur.Xəstələrin hamısında buynuz qişanın epiteli qatının defekti bağlanmışdır, iltihabi proses tam dayanmışdır. AM transplantasiyası olan xəstələrdə görmədə artma olmuşdur, buynuz qişa qismən şəffaflaşmışdır. SBQ köçürülən xəstələrdə komeada çapıqlaşma və neovaskulyarizasiya prosesi getmişdir. Bütün xəstələrdə göz almasının saxlanılması əldə edilmişdir. XülasəBelə bir nəticəyə gəlmək olar ki, AM-ın tətbiqi onun göz almasının üzərində qalması müddəti ilə məhdudlaşır, və ona görə də səthi xoralarda istifadəsi daha məqsədəuyğundur. Sərt beyin qişasının gözün səthi üzərində daha uzunmüddətli qalması onu daha dərin xora, hətta desemetosele və perforasiyalarda istifadəsinə imkan verir. Beləliklə, hər iki bioörtüyün özünəməxsus üstünlükləri və çatışmazlıqları var və tədqiqat davam etdirilməlidir.
Cited by 0 works. Open-access PDF