КЛИНИКО-ЛАБОРАТОРНЫЙ МОНИТОРИНГ ВОСПАЛИТЕЛЬНОЙ ОФТАЛЬМОПАТОЛОГИИ, АССОЦИИРОВАННОЙ С ВИРУСНЫМ ГЕПАТИТОМ С

Меджидова С. Р., Ахундова М.И., Рустамбекова Э.А. et al. · Azerbaijan Journal of Ophthalmology · 2013

Xroniki virus hepatitləri bütün infeksion xəstəliklər arasında yayılmasına görə üçüncü yeri tutur. Qaraciyərdən kənar təzahürlərin immunopatoloji mənşəyi var. Son illərdə gözün iltihabi xəstəlikləri ehtimal olunan qaraciyərdən kənar təzahür kimi oftalmoloqların diqqətini cəlb edir. Məqsəd. Hepatit C yoluxması ilə assosiasiya olunan iltihabi oftalmopatologiyanm müxtəlif formaları zamanı kliniki-laborator monitorinqin rolunun qiymətləndirilməsi. Material və metodlarHCV-infeksiyasma yoluxmuş iltihabi oftalmopatologiya ilə 27 xəstə, o cümlədən, keratitlə - 4 (14,8%), keratouveitlə - 8 (29,6%), periferik uveitlə - 10 (37.1%), arxa uveitlə - 5 (18,5%) pasiyent tədqiqatın kliniki materialı olmuşdur. Pasiyentlərin əsas hissəsini 32-43 yaş arası xəstələr (19 nəfər, 70.4%) təşkil etmişdir. Onlardan 18-i kişi, 9-u qadın idi. Oftalmoloji müayinə standart müayinə üsullarım daxil etmişdir.Laborator müayinə, viruslu hepatitlə yoluxmanın diaqnostikasından əlavə, həmçinin qanın və sidiyin ümumi analizi, qanda qlükozanın səviyyəsi, qaraciyər fermentləri, C-reaktiv zülal, revmatoid amil, antistreptolizin, antinuklear anticisim, hbrinogen, kiçik koaquloqramma, müxtəlif infeksiyalara və viruslara seroloji reaksiyaları və immun statusun qiymətləndirilməsini nəzərdə tuturdu. Pasiyentlərin müayinəsi daxilolma zamanı müalicədən əvvəl xəstəliyin kəskin mərhələsində və kliniki sağalmada həyata keçirilirdi. Nəticələr və müzakirəDaxilolma zamanı eritrositlərin çökmə sürəti -16 (59,3%), C-reaktiv zülal -14 (51,9%), revmatoid amil - 12 (44,4%), antinuklear anticisimlər - 8 (29,6%), qaraciyər fermentləri - 23 (85,2%), hbrinogen 5 (18,5%), zərdab IgG - 21 (77,8%), IgM - 10 (37%), IgE - 7 (25,9%) xəstədə yüksək olmuşdur. C3 komplementin səviyyəsi 17 xəstədə (63.9%) aşağı idi. Aktiv herpes-assosiasiya olunan infeksiyanın mövcudluğu yalnız 9 xəstədə (33.3%) təsdiq edilmişdir. Kliniki sağalma zamanı qaraciyər fermentlərin səviyyəsi 23 xəstədə (85,2%), EÇS-in - 7 (40,7%), revmatoid amilin - 9 (33,3%), antinuklear anticisimlərin - 6 (22,2%), zərdab IgG - 11 (40,7%), IgM - 3 (11,1%), IgE -2 (7,4%) nəfərdə yüksək qalmışdır. C3 komplementin səviyyəsi 1 xəstədə (44,4%) aşağı qalmışdır. YekunHCV-infeksiya ilə yoluxmuş xəstələrdə iltihabi oftalmopatologiyadan kliniki sağalmanın nəticələrinə nail olmasına baxmayaraq, laborator göstəricilər dərin sistemli immunoloji və biokimyəvi dəyişiklikləri göstərir. Bu gözün iltihabi xəstəliklərinin əmələ gəlməsi və gedişatmda HCV-infeksiyanın ağırlaşdırıcı rolunu və təkrar residivlərin qarşısını almaq üçün bu xəstələrin daimi dinamik kliniki-laborator monitorinqin zəruriliyini bir daha təsdiqləyir.

Cited by 0 works. Open-access PDF

Authors