СТРУКТУРА И ПРИЧИНЫ НЕУДОВЛЕТВОРИТЕЛЬНЫХ РЕЗУЛЬТАТОВ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ
Чернышева C.Г., Самедова Д.Х. · Azerbaijan Journal of Ophthalmology · 2013
Məqalədə müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələri müzakirə olunur, bu zaman təkrar cərrahi müdaxilələrin tezliyi müxtəlif mənbələrə görə yüksək olub, 5-52% təşkil edir. İşin məqsədi. Müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələrinin strukturunu və səbəblərini öyrənmək. Material və metodlarTədqiqata 98 xəstə daxil olunub, ortayaş göstəricisi 12±0,7 yaş təşkil edir.Ənənəvi oftalmoloji müayinələrdən əlavə gözü hərəkətə gətirən aparatın xüsusi müayinə üsulları tətbiq edilib: Girşberq üzrə çəpgözlük bucağının, göz almasının 8 baxış vəziyyətlərində hərəkətinin, sinoptiskopda fuzion qabiliyyətin təyini, konvergensiyanın, görmə xarakterinin tədqiqi, göz yarıqları eninin ölçülməsi, Bilşevskinin başın aşağa vəziyyəti ilə testi, Xelvestonun ikimərhələli testi, Xaab üzrə ikiləşən təsvirin tədqiqi. Kompüter tomoqrafiyası metodu ilə ekstraokulyar əzələlərin (EOƏ) vizualizasiyası Siemens Somatom Esprit tomoqrafmda aksial və frontal proyeksiyalarda yerinə yetirilib.İntraoperasion EOƏ-in vizualizasiyası və traksion test aparılıb. Nəticə və onların müzakirəsiTədqiqatlar göstərmişdir ki, müştərək çəpgözlüyün cərrahi müalicəsinin ən tez-tez kifayətləndirməyən nəticəsi əməliyyatın hipereffektidir - ikincili ekzotropiyanm inkişafı (84,7% xəstədə), hansı ki 57,8% hallarda qeyri-müştərək çəpgözlük xarakter daşıyır, bu da daxili düz əzələnin (DDƏ) funksiyasının pozulması ilə büruzə verilir - adduksiyanm məhdudlaşması, konvergensiya zəifliyi, 46,9% hallarda binokulyar diplopiya ilə, 54,2% hallarda - astenopik şikayyətlərlə müşayiət edilir. Müştərək çəpgözlüyün cərrahi müalicəsinin digər qənaətbəxş olmayan nəticələri belə bir tezliklə rast gəlinir: vertikal deviasiya - 34,7% xəstədə; göz yarıqları eninin assimetriyası - 29,6% xəstədə (göz yarığının genəlməsi - 26-da, daralması - 3-də); liqatur qranulyomalar - 18,4% xəstədə; konyunktivanm aypara şəkilli büküşünün tikilməsi -10,2% pasiyentlərdə; əməliyyatdan sonrakı çapıq nahiyyəsində konyunktival kistalar - 7,1% xəstədə; ezotropiya residivi - 7,1% pasiyentlərdə; skleranm ektaziyası - 4,1% xəstədə; müştərək daxili çəpgözlüyün cərrahi müalicəsindən sonra görmə itiliyinin kəskin enməsi - 1 uşaqda; müştərək xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra ikincili ezotropiya - 1 uşaqda. Tədqiqat gedişində ikincili ekzotropiyanm inkişaf səbəbləri təyin edilmişdir: əməliyyatdan sonrakı erkən dövrdə (0,5 ilə qədər) - birmomentli ikitərəfli resessiya və ya tenoskleroplastika, tenotomiya, 5 mm artıq birtərəfli resessiya zamanı DDƏ -in həddindən artıq zəiflətməsi; əməliyyatdan sonrakı uzaq dövrdə - uşaq və yeniyetmələrdə refraksiyanm gücləndirilməsi, 2,0 dptr. artıq anizometriya, qeyri-rasional optik korreksiya, bifoveal birləşməyə olan qabiliyyətinin yoxluğu. Aşkar edilmişdir ki, ikincili ekzotropiyanm inkişaf tezliyi xəstələrin ümumi sayından əməliyyatdan sonrakı erkən dövrdə (0,5 ilə qədər) - 52,7%, 0,5 ildən 5 ilə qədər dövrdə - 34,5%, 5 ildən artıq - 12,8% təşkil edir.Müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələrinin digər inkişaf səbəbləri təyin olunmuşdur. 8 xəstədə ikincili ekzotropiya şaquli çəpgözlüklə birgə olmuşdur, hansı ki, daxili çəpgözlük əməliyyatından sonra inkişaf edib. Bu xəstələrdə DDƏ-in intraoperasion vizualizasiyası gedişində onun skleraya çəp bitişdirilməsi, əzələnin şaquli yerdəyişməsi qeyd edilmişdir, bu da ikincili şaquli deviasiyanm inkişafına səbəb olmuşdur. 26 xəstədə göz yanğının genəlməsi, DDƏ-in 5 mmartıqbirtərəfliresessiyasıvəyatenotomiyasınəticəsində həddindən artıq zəiflətməsi ilə əlaqədar olmuşdur. 3 xəstədə göz yarığının daralması xarici düz əzələnin 9 min- dən artıq rezeksiyasmdan sonra müşahidə edilmişdir. 18 xəstədə liqatur qranulyomalar əriməyən tikiş materialının istifadəsinə görə inkişaf etmişdir. 10 pasiyentdə aypara şəkilli büküşün tikilməsi, 7 xəstədə konyunktiva kistalarmm inkişaf səbəbi cərrahi müdaxilə texnikasının pozulması olmuşdur. Orta dərəcəli hipermetropiya ilə 7 xəstədə ezotropiya residivinin səbəbi əməliyyatdan sonra eynəkdən istifadənin imtinası olmuşdur, bu da akkomodasiya və konvergensiya stimulunun güclənməsinə gətirmişdir. 4 xəstədə skleranm ektaziyası daxili çəpgözlüyün tenoskleroplastika metodu ilə cərrahi korreksiyasmdan sonra yaranmışdır. 1 uşaqda əməliyyat olunmuş gözün kəskin görmə itiliyinin enməsi görmə sinirinin atrofiyası nəticəsində baş vermişdir, ehtimal ki, DDƏ nahiyəsində kobud manipulyasiyalara görə onun zədələnməsinə görə. 1 xəstədə ikincili ezotropiyanm inkişaf səbəbi xarici çəpgözlüyün cərrahi müalicəsi gedişində xarici düz əzələnin tam tenotomiyası olmuşduşdur.
Cited by 0 works. Open-access PDF