КЛИНИКО-ИММУНОЛОГИЧЕСКАЯ ОЦЕНКА ВЕДЕНИЯ ПАЦИЕНТОВ С ЗАДНИМИ УВЕИТАМИ РАЗЛИЧНОГО ГЕНЕЗА
Меджидова С. Р., Гусейнова С. К. · Azerbaijan Journal of Ophthalmology · 2013
Arxa uveit zamanı baş verən immunoloji pozulmalar, qlükokortikoid və sitostatiklərin tətbiqi zamanı bir çox kənar effektin olması, rezistentliyin inkişafı və iltihab əleyhinə effektivliyinin azalması səmərəli terapiya sxeminin axtarışını diktə edir. Məqsəd. Arxa uveiti olan pasiyentlərdə dinamikada aparılan kliniki-immunoloji monitorinqin nəticələrinin kompleks qiymətləndirilməsi. Material və metodlar18 yaşdan 62 yaşa qədər 24 arxa uveiti olan pasiyent. Xəstəliyin kəskinləşmə və remissiya mərhələsində kompleks kliniki-immunoloji müayinə aparılmışdır. Oftalmoloji müayinə: anamnezin toplanması, vizometriya, refraktometriya, tonometriya, perimetriya, biomikroskopiya, göz dibinin oftalmoskopiyası, görmə orqanının ultrasəs müayinəsi (A- və B-skanlaşma), ERQ, FAQ, OKT. Laborator: sidiyin və qanın ümumi analizi, qanda qlükoza səviyyəsinin, C-reaktiv zülalın, revmatoid amilin, antistreptolizinin, hbrinogenin təyini, kiçik koaquloqramma, müxtəlif virus və infeksiyalara seroloji reaksiyalar, immunoloji statusun qiymətləndirilməsi. NəticələrArxa uveiti olan xəstələrdə uzunmüddətli immunosuppresiv terapiyanın tətbiqi orqanizmin immun sistemində kombinə edilmiş pozulmalara gətirib çıxarır. Bundan başqa, virusla yoluxmuş xəstələrdə bu persistent herpesvirus infeksiyanm fəallaşmasma səbəb ola bilər, bu da həmin qrup pasiyentlərdə uveitin müalicəsini əhəmiyyətli dərəcədə ağırlaşdırır və onun residivləşməsi amili kimi çıxış edir. YekunAlınmış nəticələr arxa uveiti olan pasiyentlərin kompleks terapiyasında orqanizmin immun və antioksidant qoruyucu sisteminin korreksiya vasitələrinin tətbiqini əsaslandırır.
Cited by 0 works. Open-access PDF