КЛИНИКО-ИММУНОЛОГИЧЕСКАЯ ОЦЕНКА РЕАКТИВАЦИИ ГЕРПЕТИЧЕСКОЙ ИНФЕКЦИИ ПОСЛЕ ТРАВМЫ ГЛАЗА

Намазова И.К., Меджидова С. Р., Шамилова Ф.Г. et al. · Azerbaijan Journal of Ophthalmology · 2012

Məqsəd. Buynuz qişanın zədədən sonrakı patoloji vəziyyətində I və II tipli herpes virusunun qeyristruktur olan antigenlərə qarşı IgG zərdab anticisimlərin təyin olunmasının diaqnostik əhəmiyyətinin qiymətləndirilməsi idi. Material və metodlar“Travmatik keratit” diaqnozu ilə stasionara daxil olan 37 nəfər xəstənin kliniko- immunoloji müayinəsinin nəticələri təqdim olunmuşdur. Herpes virusunun reaktivasiyasının marköru rolunda virusun requlyator “erkən” antigenlərə qarşı immunoferment analizi ilə təyin olunmuş IgG zərdab anticisimləri seçilmişdi. NəticələrHerpes I virusunun antigenlərinə qarşı qeyd olunmuş anticisimlərin yüksək səviyyəsi 35,1% , herpes II virusunun antigenlərinə qarşı - 16,2% hallarda təyin olunmuşdur. 5 xəstədə eyni zamanda həm herpes I, həm də herpes II virusların “erkən” antigenlərinə qarşı IgG autoanticisimlər tapılmışdır. Bu pasiyentlərdə zədə nəticəsində əmələ gəlmiş buynuz qişanın patoloji vəziyyətlərinin kliniki gedişi ifadə olunmuş simptomatikası və uzun sürən sağalma müddəti ilə fərqlənirdi.Bir aydan sonra tədqiq olunan anticisimlərin səviyyəsi normativ göstəricilərə qayıdırdı. Bu kliniki hallar klassik oftalmoherpesin nümunələri kimi təqdim etmək olmaz idi. Burada travmatik keratitinn fəsadlı gedişində herpes virusunun triqqer əhəmiyyəti var idi (herpes assosiyasiya olunmuş oftalmopatologiya). YekunHerpes virusunun “erkən” qeyristruktur antigenlərə qarşı IgG anticisimlərinin təyin olunması travmatik keratit və keratoiridosiklit ilə olan xəstələrdə bu qorxulu infeksiyanın reaktivasiyasının aşkar edilməsi üçün vacib diaqnostik əhəmiyyəti var. Bu, lazım olan müalicəvi tədbirlərin aparılmasına və xəstəliyin təkrar residivlərinin qarşısının alınmasına imkan yaradacaqdır.

Cited by 0 works. Open-access PDF

Authors