ВОЗМОЖНОСТЬ МЕТОДОВ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ И ЗРИТЕЛЬНЫХ ВЫЗВАННЫХ ПОТЕНЦИАЛОВ В ДИАГНОСТИКЕ И МОНИТОРИНГЕ ЗРИТЕЛЬНЫХ НАРУШЕНИЙ У ПАЦИЕНТОВ С РАССЕЯННЫМ СКЛЕРОЗОМ И ОСТРЫМ ОДНОСТОРОННИМ ОПТИЧЕСКИМ НЕВРИТОМ
Гусейнова С. К., Н. А. Несруллаева, Ибрагимова Н.М. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010
Bu işin məqsədi dağınıq sklerozu (DS) və birtərəfli optik nevriti (ON) olan xəstələrin diaqnostikasında və görmə pozulmaların monitorinqində OKT və VEP müayinə metodlarının imkanlarını müəyyənləşdirmək.ON olan 25 xəstə (50 göz) müayinə edilmişdir. Orta yaş həddi 22,9 olmuşdur. Şahmat patterni çağrılmış görmə potensiallarının (ÇGP) müayinəsi zamanı ON olan 15 xəstədə P100 latentliyi norma daxilində idi,12 xəstədə P100 latentliyi 112-143 ms qədər uzanması, 3 xəstədə isə P100 amplitudanın 5mkV-dan 2 mkV-ə gədər azalması geyd edilmişdir.Müayinə zamanı 3 pasientdə digər gözdə latentliyi 108 ms gədər cüzi uzanması, 4 pasientdə isə amplitudanın 6 mkV gədər azalması müşahidə edılmışdir.İsığa VEP 3 xəstədə P2 latentliyinin uzadılması (122-147ms) və 4 xəstədə P2 amplitudanın azalması ( 1,5-3 mkv) müşahidə olunmuşdur.Birtərəfli kəskin ON olan 15 xəstələrdə OKT müayinəsi aparılmışdır. 5 xəstədə RNFL-in qalınlığı orta dərəcədə qalınlaşıb. Digər gözdə bu göstəricinin norma daxilində olması müəyyən edilmişdir. 7 halda RNFL 72-85mkn arasında geyd olunmuşdur. Cüt gözlərdə OKT müayinəsi RNFL-in 130 ms-dan 109 ms-ya qədər enməsini göstərmişdir.DS fonunda ON olan xəstələrdə aparılan OKT və elektrofizioloji tədqiqatları, xüsusən VEP, bir birini tamamlayan, müalicə və müşahidə prosesində vacibliyini sübut edir. DS fonunda ON olan xəstələrdə aparılan OKT və VEP-in birgə istifadə olunması diaqnostik cəhətdən məqsədəuyğundur.
Cited by 0 works. Open-access PDF