КЛИНИЧЕСКАЯ ЗНАЧИМОСТЬ АНТИАНГИОГЕННОЙ ТЕРАПИИ В ЛЕЧЕНИИ СУБРЕТИНАЛЬНОЙ НЕОВАСКУЛЯРНОЙ МЕМБРАНЫ ПРИ ОСЛОЖНЕННОЙ МИОПИИ
Абдуллаева Э.А., Саидова Л.Х., Зейналова И.Ф. · Azerbaijan Journal of Ophthalmology · 2013
XÜLASƏ İşin məqsədi: ağırlaşmış miopiyalı xəstələrdə xorioidal neovaskulyarizasiya zamanı fluoressent angioqrahya (FAQ), optik koherens tomoqrahya(OKT) və mikroperimetriya müayinələrin nəticələrinə görə antiangiogenik müalicənin effektivliyinin müəyyən edilməsidir. Material və metodlarTədqiqtlar 21 xəstə (21 göz) üzərində aparılmışdır. Onlardan 7-i kişi, 14-ü qadın olmuşdur. Xəstələrin yaşı 23-50 arası olmuşdur. Bütün xəstələrdə korreksiya olunmuş görmə itiliyi, gözdaxili təzyiq müəyyən olunmuş, mikroperimetriya, OKT, FAQ müayinələri aparılmışdır. Alınan nəticələr və onların müzakirəsiTədqiqat zamanı ağırlaşmış miopiyada əksər hallarda 95,2% (20 göz) klassik xorioidal neovaskulyariasiya (XNV) aşkarlanmışdır.Yalnız bir halda (4,8%) gizli XNV müəyyən olunmuşdur. 85,6 % hallarda subretinal neovaskulyar membran (SNM) subfoveolyar, 14,4% hallarda yukstafoveolyar yerləşmişdir. Bütün xəstələrdə müalicədən qabaq fluoressent anqioqrafiya müayinəsi aparılmışdır və şəkillərdə SNM: erkən hiperfluoressensiya ocağı, nəzərə çarpan dərəcədə rəngin diffuziyası formasında müəyyən olunurdu. OKT müayinəsinə əsasən SNM horizontal ölçüləri vertikallardan üstün olmuşdur. Mikroperimetriyanm nəticələrinə görə SNM sahəsində mütləq skotoma və ya parlaqlıq həssasığm tam itməsi qeyd olunmuşdur. Birdəfəlik antianqioqen preparatın intravitreal inyeksiyasindan sonra 33,5% hallarda SNM-in qeyri-aktiv formaya keçməsi qeyd olunmuş, qalan 66,5% hallarda SNM aktvliyini saxlamışdı, ona görə də təkrar intravitreal inyeksiyalar olunmuşdur. YekunAnti-VEGF terapiya, fəsadlaşmış miopiya zamanı SNM-in uzunmüddətli remissiyasma və torlu qişanın funksional vəziyyətinə müsbət təsir göstərən effektiv və təhkükəsiz müalicə üsuludur. Antiangiogen terapiyanın SNM-ə müsbət təsirini OCT və mikroperimetriya müayinəsi vasitəsilə qiymətləndirmək mümkündür.
Cited by 0 works. Open-access PDF