К АНАЛИЗУ ЧАСТОТЫ ВСТРЕЧАЕМОСТИ ПАТОЛОГИИ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ПАЦИЕНТОВ С ГЛАУКОМОЙ
Ибрагимзаде Г.Т., Ибрагимова А.А. · Azerbaijan Journal of Ophthalmology · 2019
Məqsəd - uzun müddət antiqlaukomatoz preparatlar istifadə edən pasientlərdə göz yaşı yollarının patologiyasının yaranma tezlini öyrənmək. Material və metodlarKliniki tədqiqata yaşaxma şikayəti olan 350 xəstə daxil edilmişdir. Əsas qrupa 3 ildən artıqdırdki yaşaxma şikayəti olan açıq bucaqlı qlaukomadan mualicə alan 175, pasient daxil olmuşdur. Nəzarət qrupuna 175 yaşaxma şikayəti olan və görmə orqanında heç bir patologiyası olmayan xəstələr daxil edilmişdir. NəticələrƏsas qrupda antiqlaukomatoz damcılar istifadə edən xəstələrdə 69 xəstədə göz yaşı yollarının stenozu (39,5%), 42 xəstədə lakrimal kanalın obliterasiyası (24%), 51 xəstədə dakriosistit (29,2%), 13 xəstədə kanalikulit (7,4%) aşkarlanmışdır. Nəzarət qrupunda göz yaşı yollarının stenozu 117 xəstədə (66,9%), 21 xəstədə (12%) göz yaşı yollarının obliterasiyası, 34 xəstədə (19,4%) dakriosistit və 3 xəstədə (1,7%) kanalikulit müşahidə edilmişdir. YekunAlınmış nəticələrə görə, antiqlaukomatoz damcılarının uzun müddət istifadəsi göz yaşı yollarının patologiyasının daha erkən inkişafına gətirib çıxarır. Bu dərmanların qlaukomalı xəstələrdə korluğun yaranmasının qarşısını almaq üçün zəruri olduğunu nəzərə alaraq, antiqlaukomatoz damcıların yan təsirini aşağıdakı yollarla çalışıb azaltmaq lazım olduğunu düşünürük: damcı instilyasiyasından sonra 5 dəqiqə ərzində yaş nöqtəsinə təzyiq göstərmək; təbii gözyaşı əvəzedicisi preparatlarını təyin etmək; konservantsız damcılara üstünlüyün vermək.
Cited by 0 works. Open-access PDF