ОТДАЛЁНЫЕ РЕЗУЛЬТАТЫ ЭНДОТЕЛИАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ НА ГЛАЗАХ С ЭНДОТЕЛИАЛЬНОЙ ДИСФУНКЦИЕЙ

Гасанов Д.В., Касимов Э. М. · Azerbaijan Journal of Ophthalmology · 2012

Məqsəd. Endotelial keratoplastika (DSEK və DSAEK) olunmuş 27 gözdə nəticələri tədqiq etmək. Material və metodlarMüxtəlif etiologiyalı endotelial disfunksiyası olan, DSEK və DSAEK əməliyyatı planlaşdırılan 26 xəstənin 27 gözü bu tədqiqata daxil edilmişdir. Hər xəstəyə transplantasiya üçün hüceyrə sayı >2770 hüc/mm2 olan sağlam donor buynuz qişası nəzərdə tutulmuşdur. Göstərişlər, əməliyyat zamanı problemlər və əməliyyatdan sonrakı ağırlaşmalar qeyd edilmişdir. Korreksiya olunmuş görmə itiliyi (KOGİ), buynuz qişanın mərkəzi qalınlığı (BMQ) və endothelial hüceyrə sıxlığı (EHS) hər xəstə üçün analiz edilmişdir. NəticələrƏməliyyata əsas göstəriş 3gözdə (11.1%) buynuz qişa ödemi və 21 gözdə (77.8%) psevdofakik bulyoz keratopatiya idi. İki xəstədə (7.4%) ağır dərəcəli Fuks distrofiyası ilə katarakta olduğundan, onlarda DSEK fakolemulsifikasiya və arxa kapsulaya İOL implantasiyasl ilə kombinə edilmişdir. Bir il sonra KOGİ 23 (85.1%) hallarda 0.4 və daha yaxşı olmuşdur. Cərrahi induksiya olunmuş astiqmatizm <2.0 D idi. BMQ və EHS müvafiq olaraq 621.04 ± 99.96 pm və 2139 ± 377.45/mm2 idi. On iki ay sonra orta endothelial hüceyrə itkisi 37.3 ± 7.64% (interval: 31.9-42.7%) idi. Bir gözdə (3.7%) donor lentikulun dislokasiyası baş vermişdir. Toxuma tutmamazlığı 2 gözdə (7.4%) müşahidə edilmişdir. YekunEndotelial keratoplastika endotelial disfunksiyası olan xəstələrdə təhlükəsiz və effektiv əməliyyat olmaqla ümidverici cərrahi və görmə nəticələrinə malikdir.

Cited by 0 works. Open-access PDF

Authors