ПРОГНОЗИРОВАНИЕ РЕКУРРЕНТНЫХ РЕСПИРАТОРНЫХ ИНФЕКЦИЙ ПО КОМПЛЕКСУ КОНСТИТУЦОНАЛЬНО-БИОЛОГИЧЕСКИХ ФАКТОРОВ

Ganna Barchan, Л.В. Черкашина, A.S. Shklyar et al. · Azerbajdžanskij medicinskij žurnal · 2020

Uşaq yaşlarında rekurrent respirator infeksiyaların (RRİ) yaranmasının və inkşafının proqnozlaşdırılmasında konstitusional bioloji markerlərdən (KBM) və disembriogenez əlamətlərindən istifadə edilməsinin mümkünlüyünün aydınlaşdırılması məqsədilə tədqiqat aparılmışdır. KBM-in etibarlılığına və diaqnostik dəyərliliyinə əsaslanan dərəcələr üzrə sırası tərtib edilmiş və onların informativliyi yüksək olan 10 növünün klinik-statistik təhlili aparılmışdır. İki qrup (RRİ olan və olmayan) uşaqda KBM in diaqnostik dəyəri və proqnostik əhəmiyyəti aydınlaşdırılmış, həmçinin diferensiasiya etməmiş birləşdirici toxuma displaziyasının 43 markerindən 32-sinin qruplar arasında etibarlı fərqləri müəyyənləşdirilmişdir. Sübut edilmişdir ki, RRİ-nin diaqnostikası və proqnozlaşdırılması üçün ən əhəmiyyətli konstitusional-bioloji amillərə bədən kütləsi strukturunun harmonikliyi və disembriogenezin bəzi markerləri aiddir.

Cited by 0 works.

Authors