ПЕРВИЧНЫЙ РАК МАТОЧНЫХ ТРУБ: РЕЗУЛЬТАТЫ ДИАГНОСТИКИ И ЛЕЧЕНИЯ
D.G. Sumtsov, Георгий Алексеевич Сумцов, N.I. Hyriavenko et al. · Azerbajdžanskij medicinskij žurnal · 2023
Məqalədə Sumı Vilayətinin Klinik Onkoloji Dispanserinin 1964-2021-ci illər ərzində əldə edilən materialları əsasında uşaqlıq boynunun birincili xərçəng şişi olan 253 xəstənin məlumatları retrospektiv analiz edilmiş xəstəliyin diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsinə dair məlumatlar təqdim edilmişdir. 1964-1995-ci illərdə müalicə alan xəstələr qrupunda olan 163 xəstədən 56,9%-də, 1995-2021-ci illərdə müalicə alan 90 xəstədən isə 67,2%-də sağalma qeydə alınmışdır. 1996-2021-ci illərdə platin preparatları və taksanla müasir protokollar əsasında adyuvant polikimyəvi terapiya alan xəstələrdən 84,2±5,9%-də, o cümlədən xəstəliyin I mərhələsi olan xəstələrdən 92,9±6,9%-də 5-illik yaşama qeydə alınmışdır.Müəlliflərin fikrincə, xəstəliyin klinik əlamətləri müasir əlavə diaqnostika metodlarından adekvat şəkildə istifadə və dərman müalicəsinin tətbiqi uşaqlıq boruları xərçənginin aşkara çıxarılmasını və müalicənin effektivliyinin artırılmasını təmin edə bilər.
Cited by 0 works.