ОСОБЕННОСТИ НАКОПЛЕНИЯ АНТИБИОТИКА В ЧЕРВЕОБРАЗНОМ ОТРОСТКЕ В ЗАВИСИМОСТИ ОТ СПОСОБА ЕГО ВВЕДЕНИЯ
I.D. Duzhyi, S.V. Popov, V.V. Shymko et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022
Soxulcanabənzər çıxıntıda antibiotikin (seftriakson) toplanmasının yeridilmə üsulundan asılılığı tədqiq edilmişdir. Tədqiqata ukrain populyasiyasından olan 160 pasiyent cəlb edilmişdir. Xəstələr 3 qrupa bölünmüşdür. I qrupda xəstələrə antibiotik əzələ daxilinə, II qrupda - venaya, III qrupda limfa damarına yeridilmişdir. Hər bir qrup 2 yarımqrupa (A və B) bölünmüşdür. A yarımqruplarında xəstələrə antibiotik operasiyadan 1 saat, B yarımqruplarında isə - 2 saat sonra yeridilmişdir. Antibiotikin limfotrop üsulla yeridilməsinin mahiyyəti bundan ibarətdir ki, bu zaman regionar olaraq limfa sekresiyasını stimulyasiya edən, spazmolitik təsir göstərən preparatlar antibiotiklərlə birgə yeridilir. Anendektomiyadan sonra preparat E.coli kulturası yayılmış aqar-aqara daxil edilmişdir. Bir gündən sonra kulturada E.coli-nin inkişaf etmədiyi sahənin millimetrlə ölçüsü müəyyənləşdirilmişdir. Xəstələrin fleqmonoz, qanqrenoz və qanqrenoz-perforativ dəyişikliyə uğramış soxulcanabənzər çıxıntıları tədqiq edilmişdir. Kontrol məqsədilə aqar-aqar mühitinə təmiz antibiotik qarışdırılmışdır. Antibiotikin əzələ daxilinə yeridilməsindən sonra alınmış preparatlar E.coli-nin inkişafını ləngitmişdir. Vena daxilinə antibiotik yeridilmiş xəstələrdən alınmış bütün nümunələrin homogenatları, çıxıntının distal sahələrindən alınmış preparatlardan 17-si (33,3 %) müstəsna olmaqla E.coli-nin inkişafını tam dayandırmışdır. Limfotrop üsulla antibiotik almış xəstələrin soxulcanabənzər çıxıntı homogenatları (çıxıntının hansı sahəsindən alındığından asılı olmayaraq) E.coli-nin inkişafını tam dayandırmış və bu baxımdan kontrol müayinələrdən fərqlənməmişdir.
Cited by 0 works. Open-access PDF