ЭХОКАРДИОГРАФИЧЕСКАЯ ДИАГНОСТИКА МЕХАНИЧЕСКИХ ОСЛОЖНЕНИЙ ОСТРОГО ИНФАРКТА МИОКАРДА
R.Ya. Abdullaiev, F.I. Kulikova, P.O. Corol et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022
Məqalədə kəskin miokard infarktının (Mİ) mexaniki ağırlaşmalarının exokardioqrafiya vasitəsilə qiymətləndirilməsinin nəticələri təqdim edilir. Tədqiqat 95 xəstə üzərində aparılmışdır. Ürək kameralarının trombozu 37(38,9±5,0%) xəstədə, papilyar əzələnin yırtılmasına görə olan mitral requrqitasiya (MR) 14 (14,7±3,6%), papilyar əzələnin yırtılmasına görə olmayan MR 31 (32,6±4,8%), sol mədəciyin (SM) sərbəst divarının yırtılması 4 (4,2±2,1%), SM anevrizması 9 (9,5±3,0%), perikardial efüzyon 11 (11,6±3,3%), mədəciklərarası arakəsmənin (MAA) yırtılması 6 (6,3±2,5%), Dressler sindromu 4 (4,2±2,1%), ağciyər arteriyasının emboliyası (AAE) 6 (6,3±2,5%), SM diastolik disfunksiyası 36 (37,9± 5.0%) xəstədə müşahidə edilmişdir. Q dişciyinin və ST seqmentinin yüksəlməsi ilə keçən infarkt zamanı MR və ürək kameralarının trombozu Q dişciksiz infarkta nisbətən yüksək etibarlılıqla (p<0,001) daha tez-tez baş verir. MAA-nın və SM-nin sərbəst divarının cırılmasına, SM anevrizmasına, Dresler sindromuna Q dalğasız infarkt olan xəstələrdə rast gəlinməyib. SM anevrizması və perikardial efüzyon ön divarın infarktı zamanı arxa divarın infarktına nisbətən daha tez-tez baş verir (p<0,05 və p<0,01).
Cited by 0 works. Open-access PDF