ОРТОДОНТИЧЕСКАЯ КОРРЕКЦИЯ ПРИ НЕБЛАГОПРИЯТНЫХ УСЛОВИЯХ
I.V. Kovach, V. Yu. Filimonov, Ya.V. Lavreniuk et al. · Azerbajdžanskij medicinskij žurnal · 2021
Məqalədə müəlliflərin təklif etdiyi Z-şəkilli konstruksiyanın ağız boşluğunun mikrosirkulyasiyasına təsirini ənənəvi çıxarılmayan ortodontik texnikanın (ÇOT) təsiri ilə müqayisə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 32 baş adadovşanı üzərində aparılmışdır. Təcrübə heyvanları intakt, düz qövsə ənənəvi ÇOT tətbiq edilmiş və Z-şəkilli breket-sistem konstruksiyasından istifadə edilmiş qruplara bölünmüşdür. Heyvanlar 5-ci və 20-ci günlərdə eksperimentdən çıxarılmış və paradont toxumaları morfoloji tədqiqata cəlb edilmişdir. Tədqiqatdan aydın olmuşdur ki, düz qövsünə ÇOT tətbiq edilmiş eksperimental qrupda 20 gün ərzində arteriolların diametrinin 13,34±0,61х10-6 м-ə qədər (intakt heyvanlarda – 23,12±0,45 х10-6 м) azaldığı halda, z-şəkilli konstruksiya tətbiq edilmiş heyvanlarda ocaqlı işemik zədələnmə baş verməmişdir və arteriolların diametri 22,14±0,91х10-6 м səviyyəsində olmuşdur, yəni intakt qrupun heyvanlarında olan ölçülərdən əhəmiyyətli fərqlənməmişdir. ÇOT üsulunun tətbiqi paradontun mikrosirkulyasiya hövzəsinin dərin dəyişikliklərinə səbəb olur ki, bu da toxumaların işemiyaya uğramasının və zədələnməsinin əsas səbəblərindən biridir. Z-şəkilli ŞOT-un tətbiqi mikrosirkulyator sahənin vəziyyətinə mənfi təsiri azaldır və eksperimentin 20-ci günündə işemiya sahəsinin 31,79±3,88 х10-6 м-dən 12,03±1,22 х10-6 м-ə qədər azalmasına səbəb olur (p<0,05).
Cited by 0 works. Open-access PDF