МИКРОБИОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ В КОМПЛЕКСЕ МЕРОПРИЯТИЙ ПО ОБЕСПЕЧЕНИЮ ИНФЕКЦИОННОЙ БЕЗОПАСНОСТИ В АКУШЕРСКИХ СТАЦИОНАРАХ
A.I. Aliyeva, P.M. Ibnumashudova, A.V. Shulaev et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022
Məqalədə stasionar doğum müəssisələrində infeksion təhlükəsizliyin təminatını öyrənmək üçün klinik materialların, xəstəxana mühiti obyektlərinin və xəstəxanalarda həyata keçirilən tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat göstərmişdir ki, xəstəxana mühitinin epidemik əhəmiyyətli obyektləri ilə sanitar-bakterioloji tədqiqatın qeyri-kafi nəticələri və tibbi xidmətin göstərilməsi nəticəsində törənən infeksiyalar arasında mütənasib asılılıq vardır. Müəlliflərin fikrincə, tibbi yardımın göstərilməsi ilə əlaqədar olan infeksiyalara nəzarət etmək üçün görülən tədbirlərin effektivliyini artırmaq üçün klinik praktikaya hospital gigiyena və profilaktika tədbirlərinin tətbiqinin rasionallaşdırılmasına ehtiyac vardır. Beləliklə, yenidoğulmuşlara xidmət göstərən perinatal mərkəzlərdə və neonataloji şöbələrdə mikrobioloji monitorinq infeksion nəzarətin ayrılmaz hissəsi və gündəlik praktikanın əsası olmalıdır.
Cited by 0 works. Open-access PDF