СОВРЕМЕННЫЕ АСПЕКТЫ ЭТИОПАТОГЕНЕЗА ХРОНИЧЕСКОГО ГЕНЕРАЛИЗИРОВАННОГО ПАРОДОНТИТА
Vitaliy Shcherba, Ірина Володимирівна Антонишин, I.Ya. Krynytska et al. · Azerbajdžanskij medicinskij žurnal · 2020
Məqalədə xronik generalizasiya etmiş parodonitin etiopatogenezinə dair ədəbiyyat icmalı təqdim edilir. Bu problemə çoxsaylı elmi tədqiqat işləri həsr edilmiş olsa da, parodontun generalizasiya etmiş iltihabının və destruksiyasının inkişafında bəzi mikroorqanizm növlərinin rolu tam aydınlaşdırılmayıb. Parodontitin patogenezində lipidlərin və proteinlərin peroksidləşmə yolu ilə oksidləşməsinin, həmçinin antioksidant sisteminin rolu da hələləik tam aydınlaşdırılmayıb. Adı çəkilən xəstəliyin patogenezində iltihab effektorları olan hüceyrələrin funksional və metabolik xüsusiyyətlərinin rolu və proqramlaşdırılmış ölümün xüsusiyyətləri haqqında da kifayət qədər məlumat yoxdur. Azot (II) oksid və hydrogen-sulfid sisteminin disfunksiyasının parodontitin gedişinə təsiri haqqında olan ədəbiyyat məlumatları da ziddiyyətlidir. Buna görə müəlliflər bu fikirdədirlər ki, xronik generalizasiya etmiş parodontitin etiopatogenezinin tədqiqi hələlik öz aktuallığını itirməmişdir.
Cited by 0 works.