ПРОГНОЗИРОВАНИЕ РИСКА РАЗВИТИЯ ОСТРОЙ ЛЕВОЖЕЛУДОЧКОВОЙ НЕДОСТАТОЧНОСТИ У ПАЦИЕНТОВ С ОСТРЫМ КОРОНАРНЫМ СИНДРОМОМ НА ФОНЕ СИНДРОМА НЕДИФФЕРЕНЦИРОВАННОЙ ДИСПЛАЗИИ СОЕДИНИТЕЛЬНОЙ ТКАНИ

Оксана Эседуллаевна Султанова, E.N. Chernysheva, B.Yu. Kuzmichev et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022

Məqalədə kəskin koronar sindromu (KKS) ilə birgə birləşdirici toxumanın diferensiasiya etməmiş displaziyası (BTDED) olan xəstələrin qanında homosisteinin və maqneziumun (M) səviyyəsinin analizinə əsasən kəskin sol mədəcik çatışmazlığının inkişafetmə proqnozunun alqoritmini hazırlamaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata KKS ilə birgə BTDET olan 113 xəstə cəlb edilmişdir. HS və maqneziumun səviyyəsi immunoferment metodu ilə tədqiq edilmişdir. Tədqiqatdan alınmış nəticələrin təhlili STATİSTİKA-12 və SPSS-22,0 proqramlarının köməyi ilə aparılmışdır. Binar logistik reqressiya metodunun köməyi ilə alqoritm hazırlanmışdır. Bu məqsədlə ROC əyrisi sahəsi qiymətləndirilmiş və bu sahənin 95%-lik etibarlılıq intervalı hesablanmışdır. Çoxkomponentli logistik reqressiyanın hesablanmasının köməyi ilə BTDET fonunda KKS olan xəstələrdə homosisteinin və maqneziumun səviyyəsinə əsasən kəskin sol mədəcik çatışmazlığının prediktorları müəyyənləşdirilmişdir. Əlavə olaraq qanda homosistein və maqneziumun aşağı həddinin müvafiq surətdə 29,25 mmol/l və 0,59 mmol/l olduğu aşkar edilmişdir. Hazırlanan alqoritm həssaslığı (94,2%), spesifikliyi (88,6%) və diaqnostik effektivliyi (92%) kifayət qədər yüksəkdir. Bu isə həmin alqoritmin klinik praktikada tətbiq edilməsinə əsas verir.

Cited by 0 works. Open-access PDF

Authors