ЦИТОЛОГИЧЕСКИЙ СТАТУС ШЕЙКИ МАТКИ ВИЧ-ИНФИЦИРОВАННЫХ ЖЕНЩИН

M.V. Lytvynenko, S.L. Tsevelev, O. L. Koshelnyk et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022

Məqalədə haqqında bəhs edilən elmi-tədqiqat işi HİV-infeksiyalı qadınlarda uşaqlıq boynu epitelinin vəziyyətini və CD4 hüceyrələrin səviyyəsini öyrənmək məqsədilə aparılmışdır. Hər biri 30 nəfərdən ibarət olan 2 qrupa bölünmüş reproduktiv yaşlı 60 qadında sitoloji analiz aparılmışdır. 1-ci qrupa HİV-neqativ, 2-ci qrupa HİV-pozitiv xəstələr daxil edilmişdir. CD4 hüceyrələrin az olduğu hallarda hər mikrolitrdə 500-350-100 hüceyrəyə görə dərəcələnmə aparılmışdır. Tədqiqat zamanı HİV-infeksiyalı qadınlarda CD4-hüceyrələrin azlığı şəraitində uşaqlıq boynunda neoplastik proseslərin sürətləndiyi müşahidə edilmişdir. Bu isə uşaqlıq boynunun möhtəviyyatından hazırlanmış yaxmalarda iltihabi proses əlamətləri, keylositoz iki- və çoxnüvəli hüceyrələr, parakeratoz, sitoplazmanın amfofilliyi ilə və uşaqlıq boynunun epitel hüceyrələrinin arxitektonikasının dəyişməsi ilə təzahür edir. Müəlliflərin fikrincə, HİV-infeksiyalı qadınların uşaqlıq boynu möhtəviyyatında CD4 hüceyrələrin bir kvadratmillimetrdə 100-dən az olması neoplastik transformasiya imkanı baxımından arzuedilməz proqnostik əlamətdir.

Cited by 0 works. Open-access PDF

Authors