ПРИМЕНЕНИЯ ФОТОДИНАМИЧЕСКОЙ ТЕРАПИИ ТРОФИЧЕСКИХ ЯЗВ ВЕНОЗНОГО ГЕНЕЗА
G.R. Ibragimova, N. S. Abushov, Р.Д. Мустафаев et al. · Azerbajdžanskij medicinskij žurnal · 2026
Məqalədə trofik xoraların müalicəsində fiziki metodların tətbiqi ilə fərqli yanaşma və üsulların effektivliyini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata venoz mənşəli trofik xoraları olan 120 xəstə cəlb edilmişdir. Onlardan 85 nəfəri (70,8%) qadın və 35-i (29,2%) isə kişi cinsindən olmuşdur. Bütün xəstələrdə aşağı ətrafların varikoz xəstəliyi və CEAP təsnifatı üzrə 6-cı mərhələyə (C6) uyğun venoz çatışmazlıq olmuşdur. Pasiyentlər təsadüfi seçim üsulu ilə hər birində 60 nəfər olan 2 qrupa bölünmüşdür; birinci qrupa yerli müalicə, aşağı ətrafların elastik kompessiyası və farmakoterapiyadan ibarət olan ənənəvi terapiya tətbiq edilmişdir. 2-ci qrupa daxil edilmiş xəstələrə ənənəvi müalicə ilə yanaşı fotodinamik terapiya (FDT) da aparılmışdır. Klinik tədqiqatın nəticələrindən aydın olmuşdir ki, venoz trofik xoraların müalicə kompleksinə FDT əlavə edilməsi böyük üstünlük verir. Yəni bu müalicə nəticəsində xora daha tez təmizlənir, sağalma sürəti artır və müalicənin nəticələri uzun müddət qalır.
Cited by 0 works.