КОНТРОЛЬ АБДОМИНАЛЬНОГО ПЕРФУЗИОННОГО ДАВЛЕНИЯ И ВНУТРИВЕННОЕ ЛАЗЕРНОЕ ОБЛУЧЕНИЕ КРОВИ С ЦЕЛЬЮ В КОМПЛЕКСНОЙ ПРОФИЛАКТИКЕ ПЕРИОПЕРАЦИОННЫХ ОСЛОЖНЕНИЙ ПРИ ЛАПАРОСКОПИЧЕСКИХ ВМЕШАТЕЛЬСТВАХ У БОЛЬНЫХ ПОЖИЛОГО И СТАРЧЕСКОГО ВОЗРАСТА
Р.Д. Мустафаев, I.L. Denisov, У.Г. Ханахмедова et al. · Azerbajdžanskij medicinskij žurnal · 2025
Məqalədə ahıl yaşlı və qoca şəxslərin qarın boşluğu orqanlarında laparoskopik texnologiya ilə aparılan operativ müdaxilədən sonrakı dövrdə abdominal perfuzion təzyiqi (APT) qiymətləndirmək və postoperasion ağırlaşmaların tezliyinə qanın venadaxili lazer şüalandırılmasının (QVLŞ) təsirini aydınlaşdırmaq məqsədi ilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatın gedişində orta arterial təzyiqlə (OAT), periton boşluğudaxili təzyiqin (PBDT) fərqi şəklində təzahür edən APT-nin rolu araşdırılmışdır. Bu göstəricini visseral perfuziyanın adekvatlığını müəyyənləşdirən əhəmiyyətli bir amil hesab etmək olar. Müəyyən edilmişdir ki, APD-nin 60 mm.c.st. və daha yüksək səviyyədə saxlanılması periton boşluğu orqanlarına laparoskopik və robot texnologiyaları ilə müdaxilə zamanı qarın boşluğu orqanlarında hipoperfuziyanı zəiflədə, ağırlaşmaların sayını azalda və ən əsası isə abdominal hipertenziya sindromunun inkişafından yayınmağa imkan verə bilər. Sübut edilmişdir ki, OAT, PBDT və APD-yə nəzaret etməklə funksional pozuntuların və ağırlaşmaların ümumi sayını 2 dəfəyə qədər azaltmaq mümkündür. QVLŞ-nin tətbiqi ağırlaşmaların tezliyini bir qədər də azaltmışdır, o cümlədən bu metod tətbiq edildikdə ağırlaşmalar erkən dövrdə 23,7%-dən 13,6%-ə, gecikmiş dövrdə isə 25,4%-dən 18,4-ə enmişdir. Postoperasion dövrdə pasiyentlərin stasionarda qalma müddəti isə 25,2% azalmışdır.
Cited by 0 works.