ЛАЗЕРНЫЕ ТЕХНОЛОГИИ В ЛЕЧЕНИИ ПЕРИПРОТЕЗНОЙ ИНФЕКЦИИ СУСТАВОВ
A.V. Baranov, V.A. Derbenev, Р.Д. Мустафаев et al. · Azerbajdžanskij medicinskij žurnal · 2021
Məqalədə oynaqların periprotez infeksiyalarının müalicəsində fotodinamik üsulun standart müalicə metodu ilə müqayisə edilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. İri oynaqlarına protez qoyulduqdan sonra protezətrafı sahədə irinləmə törənmiş 36 xəstənin müalicəsinin nəticələrinin analizindən alınmış məlumat təhlil edilmişdir. Əsas qrupa 20, kontrol qrupa 16 xəstə daxil edilmişdir. Əsas qrupun xəstələrinə kontrol qrupdakından fərqli olaraq, endoprotez elementlərini və nekrozlaşmış toxumaları kənarlaşdırdıqdan sonra fotodinamik terapiya üsulu ilə müalicə almışdır. Tədqiqat göstərmişdir ki, əsas qrupun xəstələrində iltihabi proses əlamətləri kontrol qrupdakına nisbətən tez müddətdə aradan qalxır. Beləliklə, müalicə prosesinə lazer texnologiyasının əlavə edilməsi oynaqların protezətrafı infeksiyalarının müalicəsinin effektivliyini yüksəldir.
Cited by 0 works. Open-access PDF