МОРФОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ПОРАЖЕНИЯ ГОЛОВНОГО МОЗГА ПРИ ПОЛИОМАВИРУСНОЙ ИНФЕКЦИИ У ВИЧ-ПОЛОЖИТЕЛЬНЫХ ЛИЦ
A.V. Bondarenko, D.V. Katsapov, T.M. Pasiieshvili et al. · Azerbajdžanskij medicinskij žurnal · 2022
HİV-infeksiyalı şəxslərdə poliomavirus infeksiyası ilə əlaqədar olan proqressivləşən multifokal leykoensefalopatiyanın morfoloji xüsusiyyətləri tədqiq edilmişdir. Tədqiqat seksion material (baş beyni) üzərində aparılmışdır. Rutin hazırlıqdan və mikropreparatların histoloji boyadılmasından sonra “Olympus BX41” markalı mikroskopda müşahidə və morfometrik tədqiqat aparılmışdır. Vizualizasiya metodundan istifadə edilməklə baş beynində müşahidə edilən dəyişikliklər poliomavirusun müxtəlif növləri və diqər etioloji amillərin (JCV, BKV, EBV, T.gondii, C.neoformans) təsirindən törənə bilər ki, bunlar da laboratoriya üsulu ilə müəyyənləşdirilməlidir. JCV və BKV tipli poliomavirusların təsirindən törənən leykoensefalopatiya ilə əlaqədar olan baş beyni zədələnmələsi 2-3 mm ölçülü mielinsizləşmiş zonaların bir-birinə qarışması ilə xarakterizə edilir. Bu dəyişikliklər beynin ağ maddəsinin yukstakortikal/qabıqaltı sahələsinin əhəmiyyətli dərəcədə zədələnməsi və distrofik dəyişiklikləri ilə müşayiət edilir.
Cited by 0 works. Open-access PDF