МОРФОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ СИАЛОЛИТИАЗА НА ФОНЕ ДОБРОКАЧЕСТВЕННЫХ И ЗЛОКАЧЕСТВЕННЫХ ОПУХОЛЕЙ СЛЮННОЙ ЖЕЛЕЗЫ
Y. Kuzenko, Olena Diachenko, Сергій Миколайович Данильченко et al. · Azerbajdžanskij medicinskij žurnal · 2024
Məqalədə ağız suyu vəzilərində daşların əmələ gəlməsinə səbəb olan amilləri müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatda xoşxassəli və ya bədxassəli şişlərlə birlikdə biomineral törəmələri olan 20 ağız suyu vəzisi nümunəsindən istifadə edilmişdir. Strukturunda dəyişiklik olan vəzilərdə kalsifikatların yaranmasının patogenezini daha yaxşı aydınlaşdırmaq üçün histoloji və immunhistokimyəvi analizlər (kəskin və xronik iltihab markerlərinin və apoptozun inisiatorlarının öyrənilməsi ilə birlikdə), həmçinin sialolitlərin mikroelementlərə görə analizi aparılmışdır.Müəyyən edilmişdir ki, şiş prosesinin olduğu şəraitdə sialolitiazın yaranmasında iltihabi proses, pH səviyyəsinin dəyişməsi və mineral maddələrin müəyyən ardıcıllıqla çöküntüyə keçməsi kimi amillər iştirak edir.
Cited by 0 works.