ФОТОДИНАМИЧЕСКАЯ ТЕРАПИЯ ХРОНИЧЕСКОГО ЦИСТИТА
A.V. Baranov, A. I. Kornev, A.A. Boriskin et al. · Azerbajdžanskij medicinskij žurnal · 2023
Məqalədə xronik sistitli xəstələrin standart metodlarla və əlavə olaraq fotodinamik terapiya üsulu ilə müalicəsinin effektivliyini müqayisə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Xronik sistiti olan 45 xəstənin müalicəsinə dair klinik materiallar təhlil edilmişdir. Əsas qrupa 25, kontrol qrupuna isə 20 xəstə daxil edilib. Əsas qrupun xəstələrinə kontrol qrupdan fərqli olaraq ənənəvi müalicə kursundan əlavə kisədaxili fotodinamik üsulla müalicə aparılmışdır. Tədqiqat göstərmişdir ki, əsas qrupun xəstələrində iltihabi proses daha sürətlə sağalır və xəstəlik bir daha residiv vermir. Beləliklə, xronik sistitli xəstələrin ənənəvi müalicə prosesinə lazer texnologiyası üsulunun əlavə edilməsi müalicənin nəticələrini yaxşılaşdırır.
Cited by 0 works.